Ultramarine

Ultramarine – lazuritdən alınan rəngləyici maddədir. Lazurit göyümtül-bənövşəyi rəngdən bozumtul-mavi çalarlara qədər dəyişən təbii daşdır. Toz şəklində olan bu boya maddəsi qədim dövrlərdə indiki Əfqanıstan torpaqlarından Avropa dövlətlərinə karvanlarla çatdırılan ən bahalı piqment idi.
Rəssamlar ultramarindən dini mövzuda və ya sifariş olunmuş xüsusi əsərlərdə istifadə edirdilər. Məsələn, parlaq göylə Məryəm ananın plaşını çəkirdilər. Sonralar onun sintetik analoqu natrium alyumo-sulfosilikat icad olundu.
Ultramarine tozunun sintetik boyalardan fərqi
- Təhlükəsizdir;
- Ekoloji cəhətdən təmizdir;
- İşığa və qələvilərin təsirinə davamlıdır;
- Yanma təhlükəsi yoxdur;
- Örtücülüyü yüksəkdir;
- Termal davamlıdır (350°C).
Ultramarine kosmetologiyada
Ultramarin yaşıldan bənövşəyiyə qədər geniş rəng spektrinə malikdir. Göy quru piqment sarılığı neytrallaşdırır. Toz halında Ultramarine geniş şəkildə kosmetologiyada, neyl artda (dırnağa şəkillər çəkmə) tətbiq olunur.
Ultramarin mineral dekorativ kosmetikanın tərkib maddələrindəndir. Mineral dekorativ kosmetika allergiyaya meylli xanımlar üçün ideal seçimdir.
Dəri xəstəliyi və allergiyası olanlar Ultramarine tərkibli makiyaj vasitələrindən istifadə edə bilərlər.