Belotero Lips
Belotero Lips Contour – Almaniyanın “Merz Aesthetics” şirkətinin istehsal etdiyi dermal fillerdir. Bu preparat dodaq konturlarının korreksiyası üçün nəzərdə tutulmuşdur. Onun Belotero Lips Shape ilə kombinasiyası optimal estetik nəticə əldə etməyə imkan verir.
Belotero Lips Contour tərkibi
Gelin tərkibinə 22,5 mq/ml konsentrasiyada hialuron turşusu daxildir. Monofazalı quruluş sayəsində filler toxumalara asanlıqla yayılır, düyün və qabar əmələ gətirmir. Natrium-hialuronat molekuluna məxsus 5 mərhələli, çarpaz əlaqə onun toxumalarda 1 ilə qədər qalmasını təmin edir.
“Merz Aesthetics” şirkəti preparatın istehsal müddətində zərərli toksinlərdən və zülallardan təmizlənməsinə zəmanət verir. Aparılan işlər sayəsində analoqlarla müqayisədə bu filler ən təhlükəsiz preparat sayılır. Onun istifadəsindən sonra allergik reaksiya və digər postprosedur fəsadlara rast gəlinmir.
Prosedur zamanı pasiyentin narahatlıqlarını azaltmaq məqsədilə gelin tərkibinə 0,3%-li lidokain məhlulu daxil edilmişdir.
Belotero Lips – göstərişləri
- dodaq konturunun korreksiyası;
- asimmetriyanın aradan qaldırılması;
- həcmin artıtılması.
Belotero Lips Contour ilə nəticə
Preparat dodaqların kontur və asimmetriyasını effektiv şəkildə korreksiya edir. Prosedurun effekti 1 ilə qədər qalır. Bu müddət orqanizmin fərdi xüsusiyyətlərindən asılıdır. Belotero Lips Shape preparatı ilə birgə tətbiq olunduqda daha mükəmməl nəticə alınır: dodaqların itirilmiş həcmi bərpa olunur, ağızətrafı nahiyənin yaşla bağlı dəyişiklikləri itir. Birgə istifadə zamanı aşağıdakılar əldə olunur:
- Kontur(Contour) – dodağın qırmızı haşiyəsinin kənarları aydın nəzərə çarpır;
- Forma (Shape) – dodaqların həcmi artır;
- Ağız bucaqları qalxır;
- Ağızətrafı qırışlar yox olur;
- “Dəstəkləyici karkas” əmələ gəlir.
1 prosedura optimal estetik nəticə əldə edilir. Bu 2 preparatın kombinasiyasını obrazlı olaraq, dodaq boyası ilə qələmin təsirinə bənzədirlər. İnyeksiyadan sonra dodaqlar cazibəli, üz isə cavan görünür.