Aesthefill
Aesthefill – Cənubu Koreyanın REGEN Biotech farmakoloji laboratoriyasında polisüd turşusu əsasında hazırlanan yeni fillerdir. Bu turşu qarğıdalı və kartof nişastasından polimerizasiya, fermentasiya yolu ilə alınır.
Aesthefill nəticə və təhlükəsizlik baxımından müasir kosmetologiyanın bütün tələblərinə cavab verən preparatdır.
Aesthefill filler
Aesthefill – polisüd turşusunun dənəvari hissəciklərindən ibarətdir. Həkim-kosmetoloq onlardan 20 dəqiqə müddətində suspenziya hazırlayır: dənəciklər dəridə sərbəst şəkildə sürüşərək, bütün boşluqları tuturlar. Onların daxilinə kollagen sintezi üçün zəruri olan maddələr və hüceyrələr daxil olur. Dənəciklərin xarici qatı əridikdə onun yerində cavan kollagen qalır.
Aesthefill 3 əsas məsələni həll edir:
- Problemli zonaya həcm verilməsi;
- Təbii həcmin uzun müddət saxlanılması;
- Yeni toxumaların böyüməsinin və kollagen sintezinin stimulyasiyası.
Aesthefill fillerə göstərişlər
- Üz, boyun və dekolte zonasındakı dərinin ümumi vəziyyətinin korlanması;
- Gicgah və yanaq nahiyəsində toxuma həcminin itirilməsi;
- Dərin qırış və büküşlər (burun-dodaq, ağız və göz ətrafı);
- Əl dərisinin qocalması;
- Çənə relyefinin itməsi;
- Postoperasion və atrofik çapıqların korreksiyası.
Aesthefill preparatının üstünlükləri
Hazırda Aesthefill Amerika və Avropanın kosmetoloji mərkəzlərində aktiv şəkildə istifadə olunur. Bu filler orqanizmin yaşlanması zamanı dəridə yaranan bütün boşluqları qapayır.
Onun əsas üstünlükləri:
- Neokollagenezin aktiv stimulyasiyası;
- Orqanizm üçün təhlükəsizliyi;
- Yan təsirlərin olmaması;
- Nəticənin uzun müddət qalıcılığı;
- Preparatın yumşaq formada yeridilməsi.
Problemli nahiyəyə daxil olan hissəciklər toxumaların yenilənməsini və kollagen sintezini stimulə edir. Nəticədə Aesthefill itirilmiş həcmi bərpa edir, qırış və büküşləri hamarlaşdırır.
Aesthefill fillerin yeridilmə qaydası
Preparatın inyeksiyası azinvaziv prosedurdur. Bunun üçün ilk növbədə həkim-kosmetoloq iynə vurulacaq hissəni nəzərdən keçirir. Sonra həmin sahələr anestetiklə işlənilir.
Preparatın qranullarından suspenziya hazırlanılır, dərinin dəyişikliyə uğrayan hissələrinə (modelləşdirmə) və ya bütün üzə dərisinə (vektor liftinq) yeridilir.
Optimal inyeksiya sayı 1-3 flakondur.
- Kollagenezin müddəti – 1 il 6 ay
- Nəticənin qalıcılığı – 18-24 ay (bu səbəbdən proseduru 2-3 ildən bir təkrarlamaq lazımdır)
- Prosedurun müddəti – 30-50 dəqiqə.
Aesthefill fillerdən sonra dəriyə qulluq
Prosedurdan sonra yüngül formada şişkinlik və hematoma yaranır. Bu əlamətlər 3-4 günə keçib gedir.
İnyeksiyadan sonra dəriyə ciddi qulluğa ehtiyac yoxdur. İnfeksiyanın yaranmaması üçün mütəxəssislər üzə əllə toxunmamağı məsləhət görürlər. Həmçinin bir müddət kosmetikdan, sauna və solariumdan imtina etmək lazımdır.
Əgər idmanla məşğul olursunuzsa, prosedurdan sonra fiziki yüklənmələrin intensivliyini azaltmağınız gərəkdir.
Аesthefill filler – qırış, dəri büküşləri, dərinin elastikliyinin itməsi və sallanması ilə mübarizə aparan mükəmməl vasitədir.
Salam