Sızanaq kremi

04 Sentyabr 2020 Kateqoriya: Dəri xəstəlikləri Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 3 dəq Oxunma sayı: 7486
Sızanaq kremi təsiri
3.6/5 - (5 səs)

Sızanaq kremi – üzdəki səpgilərlə mübarizə aparan vasitədir. Aptekdə satılan kremlər tərkib və təsir xüsusiyyətlərinə görə fərqlənilər. Bu məqalədə Sizi ən çox istifadə olunan 5 sızanaq kremi ilə tanış edəcəyik.

Sızanaq kremi – Zinerit

Problemli dəri üçün nəzərdə tutulan antibiotiklər arasında məşhurdur. Mükəmməl antibakterial kremdir. Tərkibinə eritromisin və sink duzları daxildir.

Eritromisin iltihab ocağında bakteriyaların çoxalmasının qarşısını alır. Sink duzları isə antiseptik təsir göstərir. Zinerit effektiv olsa da onu çox istifadə etmək olmaz. Əks halda öyrəşmə yaradır və effektivliyini itirir.  

Sızanaq kremi növləri

Sızanaq kremi – Baziron

Aktiv komponentlər dəri məsamələrini tutan ölmüş hüceyrələri təmizləyir, qara nöqtə və sızanaqları aradan qaldırır. Kremin tərkibindəki yaşıl çay ekstraktı və benzol peroksid quruducu təsir göstərir.

Onlar həmçinin dəri piyinin ifrazını normaya salır, hüceyrə tənəffüsünü yaxşılaşdırır. Baziron dərialtı sızanaqlar və qara nöqtələrə qarşı effektivdir. Bundan əlavə krem dərini yaxşıca nəmləndirir.  

Sızanaq kremi necə təsir edir?

Sızanaq kremi – Differin

Aktiv maddəsi adapalendir (retinoid). Yağlı və ya kombinəolunmuş dəri tiplərinə uyğundur. Müştərilərin rəylərinə əsasən Differin çox qısa zamanda dərini sızanaqlardan təmizləyir.

Krem həm də sızanaq izləri və çapıqları yox edir. Tərkibində hormonal maddə və antibiotik olmadığından uzunmüddətli istifadəyə yararlıdır.  

Sızanaq kremi adı

Sızanaq kremi – Klerasil

Alatoin, qliserin, aloe ekstraktı, kokoqlikozin və salisil turşusu əsasında hazırlanır. Dərini dərindən təmizləyir, iltihabı aradan qaldırır.  

Sızanaq kremləri

Sızanaq kremi – Skinoren

Azelain turşusundan ibarət qatı kremdir. Skinoren dərialtı piyin yaranma prosesini tənzimləyir, patogen mikroorqanizmləri məhv edir, iltihabı azaldır.

Krem ən ağır formalı sızanaqlarda da effektivdir. Lakin onunla uzunmüddətl müalicə məsləhət görülmür. Skinoren dərini qurutduğundan qabıqlanma ilə müşayiət olunan xəstəliklərdə əks-göstərişdir.  

Sızanaq kremi

Sızanaq kreminin düzgün istifadə qaydası

  1. Sızanaq kremi təmiz dəriyə gündə 2 dəfə çəkilir. Komponentlərin daha dərin qatlara nüfuz etməsi üçün axşam saatlarında üzü buxara tutmaq arzuolunandır. Ölmüş hüceyrələri təmizləmək üçün dermatoloqlar həftədə 1-2 dəfə skrabdan istifadə etməyi tövsiyə edirlər.  
  2. Üzdə sızanaqlar az sayda olduqda, sağlam dərini yükləməmək üçün kremi ancaq səpgilərin üzərinə çəkmək lazımdır.  
  3. Məsamələrin tutulmaması üçün 15 dəqiqədən sonra təmiz salfetlə kremin artıq hissəsini silmək gərəkdir. Müalicəyə başladıqdan 10 gün sonra heç bir effekt əldə edilməzsə, kremi dəyişmək məsləhətdir.  

Ümumiyyətlə, sızanaqların izsiz aradan qalxması üçün müalicə vasitəsi təcrübəli dəri həkimi tərəfindən seçilməlidir.   

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
3.6/5 - (5 səs)
Şərhlər
Bu yazıya bir şərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir