Gözəl saçlar xüsusi baxım tələb edir. Saç maskaları ən effektiv qulluq vasitələrdən sayılır. Saç maskasını evdə özünüz hazırlaya və ya mağazadan hazır şəkildə əldə edə bilərsiniz. Maskaları həftədə 1 dəfədən çox olmamaq şərtilə istifadə etmək lazımdır. Ev şəraitində hazırlanan maskaların aşağıdakı növləri vardır:
1 ədəd yetişmiş avakado, 1 xörək qaşığı zeytun yağı və 2 yumurta sarısını yaxşıca qarışdırın. Baş dərisinə, saç diblərinə və tellərin uzunluğu boyunca çəkin. Bu qarışıq saç parıldadan maskalardandır. Effekt 2-3 dəfədən sonra aydın şəkildə nəzərə çarpır.
Kəsmik və xiyar maskası
Tərkib hissələri saçları nəmləndirir. Bu xüsusiyyət sayəsində quru saçlar üçün ideal vasitə hesab olunur. Yağlı kəsmiyi və qabığı soyulmuş 1 ədəd xiyarı blenderdə qarışdırın. Çox yüngül və təhlükəsiz vasitə sayıldığından məhz bu maskanı digərlərindən fərqli olaraq həftədə 2-3 dəfə istifadə etmək mümkündür.
Kivili saç maskaları
Saçın uzunluğundan asılı olaraq 1-2 ədəd yetişmiş kivi götürülür. Meyvə kifayət qədər yumşaqdırsa rəndələyin və ya qaşıqla əzin. Yeri gəlmişkən kivi saçların vaxtından əvvəl ağarmasının qarşısını alan yeganə vasitədir. Həmçinin bu meyvə E, C, B6, B9 vitaminləri və fol turşusu ilə zəngindir. Əzilmiş kivini badam və ya gənəgərçək yağı ilə qarışdırıb saçınıza çəkin. 20 dəqiqə saxladıqdan sonra yuyun. Əlinizin altında yağ olmadıqda bu məhsulu 1 ç.q. balla əvəz edə bilərsiniz.
Yumurta və ballı saç maskaları
Saç üçün yumurta maskası klassik reseptdir. 2 yumurta sarısını 1 xörək qaşığı bal ilə qarışdırın. Başınızda 30 dəqiqə saxlayıb, daha sonra ilıq və ya soyuq su ilə təmizləyin. İsti su ilə yuduqda yumurta sarısı laxtalanır və onu saçlardan kənarlaşdırmaq çətin olur.
Mayalı saç maskaları
Saç üçün maya maskası çox faydalıdır. Mayanın tərkibinə xeyirli mikroelementlər və vitaminlər (sink, dəmir, kalium permanqanat, B qrupu, D, PP vitaminləri) daxildir. Maskanı hazırlamaq üçün quru mayanı kefir ilə qarışdırıb, baş dərisinə və saçlara sürtün. 20 dəqiqədən sonra təmizləyin.
Jelatin maskası
Saçlara parlaqlıq verir və uzanmasını təmin edir. Burada rəngsiz jelatin tətbiq edilməlidir. 2 xörək qaşığı jelatini isti suya qatıb gözləyin. Daha sonra su hamamında tam həll olana qədər qızdırın. Bir qədər soyuduqdan sonra üzərinə yumurta sarısı əlavə edin və bütün uzunluq boyu saçınıza çəkin. 30 dəqiqədən sonra yuyun.
Aloe və ballı saç maskaları
Saç üçün bal maskaları növbənövdür. Bunlardan biri də aloe ilə olan reseptdir. 2 xörək qaşığı aloe şirəsini 1 xör.qaşığı təbii bal ilə qarışdırın. Saçınızda yarım saat saxladıqdan sonra yuyun.
Bananlı saç maskası
Banan kalium və B qrup vitamini ilə zəngindir. Maska saçları qidalandırır, nəmləndirir, sağlam parlaqlıq verir. Hazırlanma qaydası çox sadədir: əzilmiş banana 1 xör. qaş. kokos yağı əlavə edin. Saçlara və başınızın dərisinə çəkin. İlk prosedurdan sonra təsirini görəcəksiniz.
Yağlı saç maskaları
Müxtəlif yağlardan kokteyl hazırlayıb, saça çəkin. Məsələn, jojoba, arqan və badam yağlarını bərabər nisbətdə su hamamında qızdırın. Həftədə 1 dəfə saçınıza sürtün. Saçınız ipək yumşaqlığına qovuşacaqdır.
Tökülməyə qarşı saç maskaları
Saç tökülməsinə qarşı maskalar tük soğanağının böyüməsini aktivləşdirir. Ən effektiv vasitələrdən biri xardaldır. 2 xörək qaşığı ayıpəncəsi yağını (repeynoe maslo) isidib, üzərinə 1 çay qaşığı xardal tozu əlavə edin. Alınan qarışığı saç kökünə sürtün. 10 dəqiqə gözlədikdən sonra yuyun. Unutmayın ki, yağ qaynar olmamalıdır. Maskanı sürtdükdən sonra yanma, göynəmə, qaşınma hiss edirsinizsə dərhal başınızı yumalısınız.
Hazır saç maskaları
Bir çox brendlər müxtəlif forma və tərkibdə maskalar istehsal edir. Satışda hazır maskaların aşağıdakı növlərinə rast gəlinir:
Boyanmış saçlar üçün;
Saçlara həcm verici;
Bütün saç tiplərinə görə nəmləndirici;
Zədələnmiş saçlar üçün;
Quru saçlara görə;
Yağlı saçlara görə.
Kompleks baxım Garnier Fructis
10-u 1-də universal vasitədir. Çoxsaylı funksiyaları yerinə yetirir: saçları möhkəmləndirir, düzləşdirir, yumşaqlıq verir, qırılmadan qoruyur, bərpa edir. Bu maska əksər parfumeriya mağazalarında satılır. Qiyməti münasibdir. İstifadə qaydası qablaşmada yazılmışdır.
Elseve Dream Long
Saçların uzanmasını sürətləndirir, onları düzləşdirir. Tərkibində vitaminlər, bitki keratini, gənəgərçək yağı mövcuddur.
Zədələnmiş saçlar üçün Estel maskası
Zədələnmiş və yanmış saçlar üçün maskalar arasında ən effektividir. Tərkibindəki jojoba yağı normal su balansını dəstəkləyir. Təsiri qısa müddət ərzində bilinir.
Ümumiyyətlə, saçlar üçün nəzərdə tutulan maskalar olduqca fərqlidir. Onları seçərkən saç tipi, yaşanan problem, məhsula qarşı allergik reaksiyalar nəzərə alınmalıdır.