Sızanaqlar üçün dərman

26 Avqust 2020 Kateqoriya: Dəri xəstəlikləri Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 6 dəq Oxunma sayı: 6656
Sızanaqlar üçün dərman

Sızanaqlar üçün dərman preparatları müxtəlifdir. Həmin vasitələr iltihab yaradan bakteriyaları məhv edir, məsamələri daraldır, sızanaqları qurudur və üzdəki yağlı parlaqlığı azaldırlar. Bu məqalədə Sizi sızanaq əleyhinə 7 ən effektiv dərman növü ilə tanış edəcəyik.   

Sızanaqlar üçün dərman vasitəsi – CLEARASIL

Onun əsas komponenti salisil turşusudur. Bu maddə mikrobəleyhinə təsirə malikdir. Turşunun quruducu effekti qliserin, allantoin və aleo ekstraktı tərəfindən yumşaldılır. Onlar həm də dəri hüceyrələrinin regenerasiyasını yaxşılaşdırır, iltihabı yox edir. 

Bu firmanın krem, gel, losyon və skrabı mövcuddur. Sızanaqlar əleyhinə vasitənin təsiri istifadədən 12 saat sonra bilinir.  

İlk günlərdə dərinin vəziyyəti pisləşə bilər. Bu, səthi qatın yenilənməsi ilə əlaqədar olub, 3 gündən sonra keçib gedir. Güclü qızartı, qaşınma və iltihab hallarında dermatoloqla məsləhətləşmək lazımdır. 

Sızanaqlar üçün dərman – SERACIN LIBREDERM

LIBREDERM kosmetik brendin «Seracin» kolleksiyası yağlı və sızanaqlı dəri üçün nəzərdə tutulmuşdur. Bu məhsul kompleks qulluq vasitəsi olub, iltihabı, sızanaqları, yağlılığı aradan qaldırır. Ondan mütəmadi istifadə etdikdə dəri piyinin ifrazı normallaşır. Bu, sızanaqların qarşısının alınmasından mühüm faktordur. Həmçinin Seracin güclü antibakterial və iltihabəleyhinə təsir göstərir.  

Problemli dəriyə qulluq onun gel və ya köpüklə təmizlənməsindən başlanır. Ardınca üzə məsamələri dərindən təmizləyən losyon çəkilir. Sonra isə dəriyə azelain turşusundan ibarət «Seracin» sürtülür. Onun iltihabəleyhinə, antimikrob təsirləri vardır. Həmçinin bu vasitə dəri piyinin ifrazını normaya salır. Gecə kremi «Azelain-forte Antiakne» sızanaq izlərini hamarlayır, dərinin rəngini bərabərləşdirir.  

Sızanaqlar üçün dərman adları

Sızanaqlar üçün dərman – PROACTIV

Bura skrab, tonik və krem daxildir. Tədqiqatlara əsasən Proactiv 60% hallarda müsbət nəticə verir, onun təsiri 2 həftədən sonra gözə çarpır.  

Dərmanın tərkibindəki benzoilperoksid bakteriyaları məhv edir, kükürd isə komedonların yaranmasını azaldır, dərini yeniləyir. Tərkibindəki yumşaldıcı və nəmləndirici komponentlər – pantenol, aloe, çobanyastığı ekstraktı hesabına Proactiv dəriyə aqressiv təsir göstərmir.  

Sızanaqlar üçün dərman hansıdır?

Yuxarıda sadalanan 3 preparat kosmetik antiseptik vasitə hesab olunur. İndi isə daha güclü vasitələrə – dərman preparatlarına keçək.  

Sızanaqlar üçün dərman – ZİNERİT  

«Zinerit» losyonun tərkibinə eritromisin daxildir. Bu antibiotik bakteriyaların çoxalmasını dayandırır. Digər komponent sink asetat isə quruducu, iltihabəleyhinə, büzücü və antiseptik təsir göstərir.  

Əksər istifadəçilər losyonun istifadəsindən sonra əhəmiyyətli dərəcədə yaxşılaşma baş verdiyini bildirirlər. Nəticə adətən 2 həftədən sonra gözə çarpır, dərinin sızanaqlardan tam təmizlənməsi isə 10-12 həftədən sonra baş verir. 

Onu da qeyd etmək lazımdır ki, «Zinerit» — öyrəşmə yaradan preparatdır. Bu səbəbdən müəyyən müddətdən sonra onun effekti zəifləyir. Belə hallara yol verməmək üçün onu digər vasitələrlə növbələmək və ya gündə yalnız 1 dəfə istifadə etmək lazımdır.  

Sızanaqlar üçün dərman preparatı

 Sızanaqlar üçün dərman – SKİNOREN

Antibiotik deyil, azelain turşusu əsasında hazırlanılır. Bakteriyaların çoxalmasına və infeksiyanın dəri boyunca yayılmasına mane olur. Sızanaqla yanaşı, çapıq, ləkə və hiperpiqmentasiyanı da aradan qaldırır.  

Dərmanın nöqtəvi şəkildə, yalnız problemli hissəyə çəkmək lazımdır. Azelain turşusu çox az toksiki olduğundan onun hamiləlikdə istifadəsi qadağan deyil.  

Mütəxəssislərin fikrincə «Skinoren» sızanaqların yüngül formalarında və ya müalicənin son mərhələsində aktualdır.  

Sızanaqlar üçün dərman vasitəsi

Sızanaqlar üçün dərman – BAZİRON AS   

Preparat orta və ağır dərəcəli akne ilə mübarizə aparır. 2,5%, 5% və ya 10%-li benzoil perekis əsaslı gel formasında buraxılır. Müalicəyə yüngül dozalarda başlanılır, tədricən gelin yüksək konsentrasiyasına keçilir.  

Bu dərman antibakterial təsirli olmaqla yanaşı, həm də toxumaları oksigenlə zənginləşdirir. Ən əsası «Baziron AS» öyrəşmə yaratmır.  

Preparatın hamiləlik və südvermə dövründə, eləcə də 12 yaşdan kiçik uşaqlarda istifadəsi qadağandır.  

Dərman dərini çox qurutduğundan nəmləndirici (yağsız) kremlə birgə istifadəsi məsləhətdir.  

Sızanaqlar üçün dərman növü

Sızanaqlar üçün dərman – ROAKKUTAN  

Sızanaq əleyhinə effektiv, lakin bir qədər təhlükəli preparatdır. 10 və ya 20 mq-lıq kapsul formasında istehsal edilir. Aktiv maddəsi A vitamini əsasında hazırlanılan izotretionindir. Həmçinin dərmanın tərkibinə arı mumu və soya yağı daxildir. Roakkutan piy vəzilərinin fəaliyyətini zəiflədir, iltihabəleyhinə təsir göstərir. 

Ondan ağır formalı sızanaqlarda, yəni digər vasitələr təsir göstərmədikdə istifadə edilir. Dərman yalnız həkim tərəfindən təyin olunur, onun özbaşına qəbulu yolverilməzdir.

A vitamini dərini sağaldır və bərpa edir. Lakin onun böyük dozalarda istifadəsi əks-təsir verə bilər. 

Dərmanın yan təsirlərinə depressiya, görmə və eşitmə zəifliyi, əzələ ağrısı və s. aiddir. Hamilələrə, südverən qadınlara və 12 yaşdan kiçik uşaqlara qadağandır. 

Onu da vurğulamaq lazımdır ki, mualicə kursundan sonra sızanaqlar qayıda bilər. Belə halda dəstəkləyici terapiya ilə tam sağalma əldə edilir.  

Neqativ hallarla qarşılaşmamaq üçün sızanaqlar əleyhinə dərman vasitələri həkim-dermatoloq tərəfindən təyin edilməlidir. 

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər
Bu yazıya bir şərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.