Sızanaq ləkələri üçün krem

28 Avqust 2020 Kateqoriya: Dəri xəstəlikləri Müəllif: Aygün Hüseynova
Oxuma vaxtı: 3 dəq Oxunma sayı: 32191
Sızanaq ləkələri üçün krem adı
2/5 - (118 səs)

Üzdə sızanaqların yaranması xoşagəlməz problemdir. Onların izləri isə xarici görünüşü xeyli korlayır. Sızanaq ləkələri üçün krem bu problemi aradan qaldırmağa kömək edir. Aptekdə satılan kremlər dəridəki qızartı, ləkə və qüsurlarla mübarizə aparır. Gəlin onların ən məşhur növləri ilə tanış olaq.  

Sızanaq ləkələri üçün krem – Sink mazı 

Sink mazı qırmızı rəngli sızanaq ləkələrinə qarşı istifadə olunur. Onun tərkibinə sink oksid və vazelin daxildir. Sink problemli dəri üçün nəzərdə tutulan əksər vasitələrin tərkibinə daxildir. Bu maddə iltihabi və qızartını aradan qaldırır, hüceyrələri yeniləyir. Həmçinin sink quruducu və dezinfeksiyaedici təsirlərə malikdir. Bundan əlavə dərini cavanlaşdırır, ağardır.  

Sink mazı nazik qatla gündə 2 dəfə dəriyə çəkilir. Problem böyük olduqda axşamlar kompress etmək məsləhətdir. Bunun üçün tənzifə maz yaxıb, plastırla bərkidin və səhərə qədər saxlayın.  

Sızanaq ləkələri üçün effektiv krem – Salisil mazı

Maz salisil turşusu və vazelin əsasında hazırlanır. Antibakterial, quruducu və dezinfeksiyaedici təsirləri vardır. Sızanaqların və iltihabın müalicəsində effektivdir.  

Preparat problemli nahiyəyə nöqtəvi çəkilir. Prosedur gündə 2 dəfə təkrarlanır. Yüngül hallarda 7 gün, ağır formalarda isə 1 ay istifadə edilir. Sızanaq ləkələrindən qurtulmaq üçün bu mazla hər gün kompress etmək tövsiyə olunur. Salisil turşusu dərini qurutduğundan nəmləndirici kremə ehtiyac yaranır.   

Sızanaq ləkələri üçün krem

Sızanaq ləkələri üçün növbəti krem – Kontraktubeks  

Preparatın tərkibinə heparin, soğan ekstraktı və allantoin daxildir. Komponentlər qızartını yox edir, sızanaq izlərini azaldır, hüceyrələrin regenerasiyasını bərpa edir.  

İstifadə müddəti uzundur. Nəticə 1 aydan sonra bilinir, maksimum effekt isə 2 ay keçdikdə əldə olunur. Gel müxtəlif dəri tiplərinə uyğundur. Onu gündə 2 dəfə çəkmək lazımdır. 

Sızanaq ləkələri bənövşəyi-qırmızı rəngdə olduqda kompress daha effektivdir. Bunun üçün axşam vaxtı problemli nahiyəyə gel sürtülür, üzəri sellofanla örtülür və səhərə kimi saxlanılır.

Ləkələr təzə yarandıqda nəticə tez bəlli olur. Geli istifadə etməzdən əvvəl üzü antibakterial sabunla yumaq lazımdır. 

Sızanaq ləkələri üçün krem növü 

Sızanaq ləkələri üçün krem – Zinerit

Bu maz sızanaqlardan sonrakı ləkələri ağardır. Tərkibində eritromisin və sink-asetat vardır. Quruducu effekt sink hesabına baş verir. Bu komponent həm də sızanaqları itirir, onların izlərinin qalmasına yol vermir. 

Maz təmiz dəriyə sutkada 2 dəfə çəkilir. İstifadə müddəti 2-3 aydır.  

İstənilən kremi istifadə etməzdən əvvəl dermatoloqla məsləhətləşməyiniz lazımdır. Belə ki, hər bir preparatın yan təsirləri ola bilər. 

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
2/5 - (118 səs)
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir