Kosmetoloji prosedurlar tibbi kosmetologiyanın bir hissəsini təşkil edir. Onlar müxtəlif növlərə bölünür: mezoterapiya, konturlu plastika, botulotoksin tətbiqi (botoks), kimyəvi pilinq, aparatla prosedurlar. Bu üsullar üz və bədənin cavanlaşması üçündür.
Ən məşhur kosmetoloji prosedurlar hansılardır?
Mezoterapiya
Mikrodozalarda spesifik kokteyllərin xüsusi iynələrlə dəridaxilinə yeridilməsinə əsaslanır. Mezoterapiya üçün preparatlar göstərişlərə əsasən fərdi şəkildə seçilir. Bu tip kosmetoloji prosedurlar dəri səthindən çəkilən vitamin, amin və nuklein turşuları, antioksidantlar, minerallar və dərman preparatlarının dərialtı qata, yəni dermaya nüfuz etməsinə imkan yaradır. Dərinin yaş dəyişiklikləri, hiperpiqmentasiya, üzdə kiçik damarların genişlənməsi, sellülit kimi patologiyalar mezoterapiyaya göstərişdir.
Biorevitalizasiya
Mezoterapiyanın bir istiqamətidir. Müasir dövrdə geniş tətbiq edilən bu prosedur müəyyən parametrlərə cavab verən təbii hialuron turşusunun dəriyə yeridilməsindən ibarətdir. Biorevitalizasiya dərini təravətləndirir, hüceyrələrin kollagen və elastin sintezini stimullaşdırır. Sadalanan təsirlər sayəsində dəri cavanlaşır.
Kontur plastika
Bu prosedur bir sıra estetik və yaşla əlaqəli problemləri reabilitasiya dövrü olmadan aradan qaldırmağa imkan verir. Bunun üçün üz dolğusu və fillerlərdən istifadə edilir. Tərkibcə və təsir müddətinə görə fillerlər çox müxtəlifdir. Biorevitalizasiya üzün itirilmiş həcminin və konturlarının (yanaqlar, sallanmış göz qapaqları və s.) bərpası, çənə həcminin və formasının dəyişdirilməsi, üzün qeyri-cərrahi liftinqi, dodaq konturlarının və formasının dəyişdirilməsi və ya itirilmiş formanın geri qaytarılması, çapıqların doldurulması üçündür.
Üzdə daha hansı kosmetoloji prosedurlar aparılır?
Botoks
Botulotoksin (botoks) mimik qırışlarla mübarizədə 1-ci yerdə dayanır. Onun təsir mexanizmi sinir ucundan eninə-zolaqlı əzələyə gedən impulsun müvəqqəti blokadasına əsaslanır. Bu da özünü kliniki şəkildə əzələnin boşalması və qırışın açılması ilə göstərir. Botoks əsasən göz kənarındakı qaz ayağı, qaşlar arasındakı şaquli, alındakı üfüqi və boyun nahiyəsindəki qırışlara qarşı tətbiq edilir.
Pilinq
Kimyəvi pilinq (səthi, orta, dərin) – dərinin üst qatının və ya epidermisin soyulması, yəni üzün təmizlənməsi üçün dəriyə müxtəlif kimyəvi vasitələrin çəkilməsidir. Bu tip kosmetoloji prosedurlar cavanlaşmaq, dəridəki qüsurları yox etmək, strukturu hamarlaşdırmaq məqsədilə tətbiq edilir.
Aparat vasitəsilə icra olunan kosmetoloji prosedurlar hansılardır?
Aparat kosmetologiyasında dəri və dərialtı piy qatına müxtəlif cihazlarla təsir göstərilir. Son günlərdə lazerdən geniş istifadə edilir. Aparatla kosmetoloji prosedurlar aşağıdakılardır:
Kosmetoloji prosedurların hər biri müəyyən problemin həllinə yönəldiyindən prosedurdan öncə mütləq həkim kosmetoloqla məsləhətləşmək lazımdır. Yalnız peşəkar mütəxəssis Sizi düzgün istiqamətə yönəldə bilər.