Dermatoloq həkimlər

Dermatoloq həkimlər — dəri və onun artımlarının (saç, dırnaq) xəstəliklərinin diaqnostikası, müalicə-profilaktikası ilə məşğul olan mütəxəssislərdir. Onlar təkcə dermatoloji xəstəlikləri deyil, infeksiya, irsi və autoimmun patologiyaların dəri təzahürlərini də aradan qaldırır.
Dermatoloq həkimlər hansı xəstəlikləri müalicə edir?
- Atopik dermatit;
- Ekzema;
- Kontakt dermatit;
- Psoriaz;
- Akne;
- Rozasea;
- Seboreyalı dermatit;
- Saç tökülməsi;
- Dırnaq xəstəlikləri;
- Dərinin quruluğu;
- Eritema;
- Qırmızı yastı dəmrov;
- Dəri infeksiyaları (herpes, furunkul, ziyil, göbələk);
- Xallar və digər xöşxassəli törəmələr.
Hansı əlamətlərlə qarşılaşdıqda dermatoloq həkimlər ilə əlaqə saxlanılmalıdır?
- 1 həftədən çox davam edən və diskomfort törədən dəri səpgiləri;
- Dəridə qaşınma və ağrı;
- Dəri səthindən qabaran, ölçüləri böyüyən, qəhvəyi və ya digər rəngli, qeyri-adi törəmələr.
Dermatoloq həkimlər xəstəni necə müayinə edir?
Dermatoloqun müayinəsinin əsas hissəsini dəriyə və onun artımlarına baxış təşkil edir. Əksər dermatoloji xəstəliklərin diaqnostikasında bu yetərlidir.
Bəzi hallarda genişləndirilmiş diaqnostikaya ehtiyac yaranır. Bura dərinin optik dermatoskopla müayinəsi daxildir. Həmin alət dəri səthini dəfələrlə böyüdülmüş formada təhlil etməyə imkan verir.
Dermatoskopdan dəri törəmələrinin (xallar, seboreyalı keratoma, aktinik keratoz) müayinəsində istifadə olunur. Onun köməyilə xoşxassəli törəmələr bədxassəli formalardan ayırd edilir. Həmçinin dermatoskop xroniki xarakterli iltihabi dəri xəstəliklərinin (psoriaz, qırmızı qurd eşənəyi və s.) diaqnostikasında faydalıdır.
Melanoma və dəri xərçənginin profilaktikası üçün ÜST ildə 1 dəfə dermatoloq həkimlərin müayinəsindən keçməyi məsləhət görür.
Dermatoloq həkimlər və xəstə qəbulu
Diaqnozun qoyulması və müvafiq müalicə üsulunun seçilməsi üçün dermatoloq həkimlər dəriyə baxış keçirir. Sonra əlamətlərin yaranma vaxtı, şəraiti və aparılan müalicələr ilə maraqlanırlar. Diaqnozu dəqiqləşdirmək üçün bəzi hallarda əlavə analizlər tələb olunur.
Müalicə sxemi xəstəliyin növündən və ağırlıq dərəcəsindən asılıdır. Bura xaricə istifadə üçün nəzərdə tutulan (dəriyə çəkilən) vasitələr, sistem terapiyası (tablet və ya iynə) daxildir.